Avans təminatından azad edilmə qaydası hazırlanacaq

15:00 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Satınalma zamanı avans təminatından azad edilmə qaydası hazırlanacaq.

Hafta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi ilə bağlı satınalan təşkilatların müraciətlərinə baxılması və qərarların qəbul edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.